İlahə Səfərova
Aktrisa
Doğum tarixi:
28 may 1971
İlahə Qiyas qızı Səfərova Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990-1995).
1995-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 1997-ci ildə 3 aylığına Qazax rayon Dövlət Teatrına ezam olunub.
“Tərəqqi” medalına layiq görülüb (2004), Əməkdar artistdir (2014).