Hüsniyyə Mürvətova
Aktrisa
Filmi səsləndirən
Doğum tarixi:
01 iyun 1971
Hüsniyyə Vaqif qızı Mürvətova (Hüsniyyə Əhmədova / Hüsniyyə Vaqifqızı) Siyəzəndə anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb (1990-1994).
Sumqayıt Dövlət Dram Teatrında (1989-1994), İlham Miniatür Teatrında (1994-1997) çalışıb. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır.
Rusiya istehsalı olan “Ərik acısı” (2023, rejissor Aleksandr Moxov) serialında Məlyekə rolunda çəkilib.
Dublyaj və səsləndirmə işi ilə də məşğuldur.
Azərbaycan televiziyasının istehsalı olan “Molla Nəsrəddin” satirik telejurnalında mollanın arvadı rolunda çəkilir (2023-2024).
Əməkdar artistdir (2002).
Filmoqrafiya
Poster
Filmin adı
İstehsal ili
Növü
Filmdə statusu