Həsən Ağasoy
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
27 mart 1958
Həsən Ağasoy (Həsən Ağayev Vəliqulu oğlu) Culfa rayonunun Gülüstan kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1975-1979).
Təyinatla Naxçıvan Dövlət Musiqili Teatrına göndərilib. O vaxtdan bu teatrın aktyorudur.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti (1984), Əməkdar artist (1989), Xalq artisti (1999), “Tərəqqi” medalı laureatıdır (2008).