Hamlet Qurbanov
Aktyor
Doğum tarixi:
13 oktyabr 1938
Vəfat tarixi:
16 noyabr 1995
Hamlet Ağadadaş oğlu Qurbanov Bakıda anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1961, Mehdi Məmmədovun kursu).
Azərbaycan Dram Teatrında çalışıb (1957-1992).
Əməkdar artist (1982) Hamlet Qurbanov 1995-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.
Aktyor Hamlet Qurbanov aktyor Ağadadaş Qurbanovun və müğənni, aktrisa Gülxar Həsənovanın oğludur.