Hacıbaba Məmmədov
Aktyor
Doğum tarixi:
01 iyun 1964
Hacıbaba İsmayıl oğlu Məmmədov Culfa rayonunun Xanağa kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1985-1989).
Yuğ Teatrında (1989-2000), Pantomim Teatrında (2000-2002) aktyor, “Qanun” Nəşriyyatında mətbəə müdiri (2003-2010), Bakı Uşaq Teatrında direktor müavini (2010-2014) olub. 2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışır.