Hacı İsmayılov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

22 yanvar 1944


Hacı Məcid oğlu İsmayılov Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1963-1967). Tələbə ikən İrəvan Azərbaycan Dövlət Teatrının açılışında “Sevil” tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun səhnə danışığı kafedrasında çalışmağa başlayıb. Sumqayıt Dövlət Dram Teatrında çalışıb (1968-1969). 1970-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.

Xarici film istehsalçılarının çəkdiyi “Qızıl buzovların valsı” (1992, rejissorlar Murad İbrahimbəyov, Rüstəm İbrahimbəyov / Rusiya, gülsatan rolunda), “Qasid göndərməlimi?” (1998, rejissor Valeri Çikov / Rusiya), “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya), “The bra” (2018, rejissor Veit Helmer / Almaniya) filmlərində çəkilib.

“Ad günü” filmindəki Mustafa roluna görə Dövlət mükafatına layiq görülüb (1980). Əməkdar artist (1989), Xalq artistidir (2000). “Şöhrət” ordeni ilə təltif olunub (2019).

2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, 2024-cü ildən sədridir.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Rollarda