Hacı Həsənov

Rejissor Ssenari müəllifi Prodüser Baş prodüser

Doğum tarixi:

18 oktyabr 1983


Hacı Həsənbala oğlu Həsənov (Hacıbaba Həsənov) Bakıda anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsində (2000-2004), Moskvada Rejissorluq kurslarında (2009-2010) təhsil alıb.

Space televiziyasında rejissor (2001), ANS TV-də layihə rəhbəri, aparıcı və prodüser (2005-2008), Lider televiziyasında redaktor (2008-2009), Azərbaycan televiziyasında aparıcı (2008-2009), Moskvada “Vayt media”nın rejissoru (2009-2010), Region TV-də layihə rəhbəri və aparıcı (2010-2012), ARB TV-də layihə rəhbəri və aparıcı (2016-2018), ARB televiziyasının baş prodüseri (2012-2019) olaraq çalışıb.