H.O.S.T. Alliance qrupu
Musiqi ifaçısı
Doğum tarixi:
13 fevral 2007
Vəfat tarixi:
31 dekabr 2012
H.O.S.T Alliance qrupu (H.O.S.T.) 2007-2012-ci illərdə fəaliyyət göstərib. Rep qrupunun adı hava, od, su, torpaq sözlərinin baş hərflərindən formalaşıb. Qrupun üzvləri birliyə qədər ayrı-ayrılıqda rep fəaliyyəti ilə məşğul olublar. Qrupun fəaliyyətinin yekunlaşması qrupdaxili ideoloji və musiqi yönümlü fikir ayrılıqlarının yaranması, həmçinin üzvlərin fərdi yaradıcılıq yollarına və fərqli layihələrə üstünlük verməsi ilə mərhələli şəkildə reallaşıb. Qrup Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və populyarlaşmasında rol oynayıb.