Gülər Kərimova

Aktrisa

Doğum tarixi:

07 sentyabr 1988


Gülər Rövşən qızı Kərimova Lənkəranda anadan olub.

Lənkəran Dövlət Humanitar Kollecində təhsil alıb (2005-2008).

2009-cu ildən Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Lənkəran Dövlət Dram Teatrında “Deyilən söz yadigardır” bədii qiraət müsabiqəsinin qalibi olub (2010). ARB televiziyasında aparıcı kimi fəaliyyət göstərib. Müğənni kimi də fəaliyyətdədir.