Gəray Fəzli

Ssenari müəllifi

Doğum tarixi:

14 noyabr 1925

Vəfat tarixi:

26 dekabr 1995


Gəray Fəzli Qaxın İlisu kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutun Dil-ədəbiyyat fakültəsində təhsil alıb.

Qax rayonunda müəllimlik edib (1953-1957).

1957-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışıb.

"Hikmət” (1991), "Axtarış” (1992), "Kəndin səsi” (1993) qəzetlərinə redaktorluq edib.

1956-cı ildə "Mənim səsim" şeirlər kitabı çap edilib. “İldırımlı dağlar”, “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı” kitablarının müəllifidir.

Gəray Fəzli 1995-ci ildə vəfat edib.