Qalina Quseva
Aktrisa
Doğum tarixi:
11 aprel 1952
Qalina Feoktistovna Quseva Mari Respublikasının Yoşkar-Ola şəhərində anadan olub.
Moskva Dövlət Mədəniyyət İnstitutunda təhsil alıb (1973).
Ukrayna Dzerjinsk Dram Teatrında rejissor assistenti (1979-1985), Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissorun truppa üzrə köməkçisi (1985-2010), teatrın nəzdində studiyanın aktyorluq və səhnə danışığı üzrə müəllimi (2003-cü ildən), “Soxnut” Yəhudi Agentliyi yanında “Aviv” Gənclər Teatrınn rəhbəri (1993-2003) kimi çalışıb.
Hazırda Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissorun assistentidir.
Əməkdar mədəniyyət işçisidir (2008).