Fuad Quliyev
Rejissor
Ssenari müəllifi
Montaj rejissoru
Montajçı
Aktyor
Qrafika
Yaradıcı heyətin üzvü
Doğum tarixi:
20 iyun 1986
Fuad Natiq oğlu Quliyev Bakıda anadan olub.
National Film and Television School-da “Explore filmmaking: from script to screen” film işinin təşkiliylə bağlı kursda (2017) təhsil alıb.
VVS Prodakşnda, İctimai televiziyada montajçı kimi çalışıb. Avroviziya Mahnı Müsabiqəsinin online montaj rejissoru (2012), Birinci Avropa Oyunlarında məşəl mərasimində supervayzer (2015), İslam Həmrəyliyi Oyunları su mərasiminin rejissoru (2017) olub.
Hazırda Bakı Media Mərkəzinin rejissorudur.
Çoxsaylı reklam, musiqi və turizm videoçarxları çəkib. Müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
