Firuz Xudaverdiyev
Aktyor
Doğum tarixi:
09 iyul 1939
Vəfat tarixi:
28 mart 2017
Firuz İslam oğlu Xudaverdiyev Bakının Qobu kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1969).
Təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib (1969-1976). 1976-ci ildən ömrünün sonuna kimi Akademik Milli Dram Teatrında çalışıb.
Əməkdar artist (2002) Firuz Xudaverdiyev 2017-ci ildə vəfat edib, Qobuda dəfn olunub.