Firudin Allahverdi
Doğum tarixi:
12 dekabr 1980
Firudin Şahin oğlu Allahverdi Bakıda anadan olub.
Bakı Musiqi Akademiyasında Bəstəkarlıq təhsili alıb (1999-2003, Xəyyam Mirzəzadənin sinfi / 2005-2007, magistr - Nazim Mirişlinin sinfi).
Əsərləri arasında fortepiano musiqiləri, prelüdlər, variasiyalar, kamera musiqiləri, sonatalar, orkestr musiqiləri, orkestr və xor üçün oda, teatr musiqiləri, film musiqiləri var.
İdman və Gənclər Nazirliyinin keçirdiyi müsabiqədə gənclər arasında ilin ən yaxşı mahnı və romans bəstəkarı adını alıb (2002, 2006). Almaniyada Stockhausen-Courses`larda iştirak edib (2006). “Paradoxes” əsəri ilə 4-cü Beynəlxalq Pre-Art müsabiqəsinin qalibi olub (2008, İsveçrə).
Əsərləri yerli və xarici ansambllar tərəfindən ifa olunur. “Yeni hava” müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəridir. Bəstəkarlıq fəaliyyəti ilə bərabər Azərbaycan mədəniyyətində mövcud problemlərlə bağlı vaxtaşarı qəzet səhifələrində də yazılarla çıxış edir.