Firəngiz Əhmədova

Musiqi ifaçısı

Doğum tarixi:

23 sentyabr 1928

Vəfat tarixi:

16 dekabr 2011


Firəngiz Yusif qızı Əhmədova Bakıda anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1955) təhsil alıb.

Azərbaycan Radiosu Xorunun (1946-1951), Azərbaycan Dövlət Opera və Balet Teatrının (1951-1988) solisti olub. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında çıxış edib. 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.

SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub. “Şöhrət” ordeni ilə təltif edilib (1998).

Əməkdar artist (1957), Xalq artisti (1964), SSRİ Xalq artisti (1967) Firəngiz Əhmədova 2011-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.