Fikrət Əmirov

Bəstəkar Dirijor Musiqi redaktoru Bəstəsindən istifadə olunub

Doğum tarixi:

22 noyabr 1922

Vəfat tarixi:

20 fevral 1984


Fikrət Məşədi Cəmil oğlu Əmirov Gəncədə anadan olub.

Gəncə musiqi məktəbinin tar sinfində, Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində (1939-1948, B.Zeydmanın sinfi) təhsil alıb.

Gəncə Filarmoniyasının bədii rəhbəri (1942-1943), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifəsində çalışıb.

SSRİ Bəstəkarlar İttifaqının katibi olub.

Lirik-psixoloji ovqatda yazılan “Sevil”, dramaturji yığcamlığı, xalq musiqisinə yaxın melodiyalarla səciyyələnir.

Fəlsəfi mahiyyət kəsb edən “Nizami” simli simfoniyası lirizmi, təsirliliyi, aydın və incə musiqisi ilə seçilir.

Simfonik muğam janrının yaradıcısıdır. “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı Şiraz” - simfonik muğamlarında ilkin mənbəyə əsaslanaraq bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib.

SSRİ xalq artisti (1965), SSRİ (1949, 1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirov 1984-cü ildə vəfat edib. ib. I Fəxri Xiyabanda dəfn olunub.

Bəstəkar Fikrət Əmirov bəstəkar Cəmil Əmirovun atasıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Sabiri düşünərkən... Bəstəsindən istifadə olunub