Fatimə İbrahimbəyova
Aktrisa
Doğum tarixi:
06 noyabr 1974
Fatimə Rüstəm qızı İbrahimbəyova Bakıda anadan olub.
1991-ci idə Xarici Dillər İnstitutuna qəbul olunub. 2 il orada təhsil aldıqdan sonra ÜDKİ-nin Rejissorluq fakültəsinə daxil olub (1993).
Hazırda Moskvada yaşayır. Gilbert Albert İsveçrə Zərgərlik Evinin art və PR direktorudur.
Aktrisa Fatimə İbrahimbəyova prodüser, ssenari müəllifi Rüstəm İbrahimbəyovun və aktrisa Lüdmila Duxovnayanın qızıdır.