Fatimə Fətəliyeva
Doğum tarixi:
03 aprel 1978
Fatimə Xosrov qızı Fətəliyeva (Göyçək Fatimə) Bakıda anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xoreoqrafiya fakültəsində təhsil alıb.
6 yaşından “Cücələrim” rəqs ansamblına gedib, Lalə Kamalovadan dərs alıb. Şərq rəqsləri ilə məşğul olub. 3 il “Çiçəklər” rəqs ansamblının solisti olub. Bir müddət Aliyə Ramazanovanın tələbəsi olub. Ailə qurduqdan sonra bir müddət həkim-kosmetoloq kimi çalışıb. Sonra yenidən rəqsə qayıdıb. Dövlət Muğam Rəqs Ansamblının (2004-2010), Daxili Qoşunlar Rəqs Ansamblının (2010-2015) solisti olub. 2012-ci ildə “Banu” rəqs məktəbini yaradıb. Hazırda “Banu VİP studio”nun, “Banu” Xına Evinin rəhbəridir.