Fariz Əhmədov

Rejissor Ssenari müəllifi Prodüser Rejissor assistenti Operator Koordinator İcraçı prodüser Xətt prodüseri Baş prodüser Kreativ prodüser Ko-prodüser

Doğum tarixi:

15 dekabr 1983


Fariz Asif oğlu Əhmədov Cəbrayıl rayonunda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001-2005), Ümümrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VGİK) Kinorejissorluq ixtisasında (2010-2012, Aleksandr Proşkinin emalatxanası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasının magistraturasında təhsil alıb.

ANS TV-də rejissor (2005-2006), “Azanfilm” cizgi filmləri studiyasının direktor-bədii rəhbəri (2012-2015), AzTV-də rejissor (2006-2018), Bakı Media Mərkəzində prodüser (2018-2020), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru (2020-2022) olaraq çalışıb.

Hazırda Bakı Media Mərkəzinin prodüseridir.

Pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasından dərs deyir (2015-ci ildən).

Bakı Beynəlxalq Turizm Filmləri Festivalının təsisçisi və icraçı direktoru olub (2013-2014). Müxtəlif ölkələrdə keçirilən prodüser, rejissor və dramaturgiya ustad dərslərində və beynəlxalq festivallarda iştirak edib, nüfuzlu mükafatlara layiq görülüb. “Əriyən ada” filminə görə “Ən yaxşı sənədli film” nominasiyasında “Qızıl Pəri” mükafatı alıb (2015).