Fariz Əliyev
Doğum tarixi:
28 noyabr 1983
Fariz Qəribxan oğlu Əliyev Bakıda anadan olub.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində təhsil alıb (2001-2006).
“Yeni bakılılar” klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. 2002-ci ildən ŞHK komandalarına ssenarilər yazmağa başlayıb. 2003-cü ildə ANS TV-də ilk televiziya fəaliyyətinə başlayıb. ANS TV, Space TV, Lider TV, ATV, İTV, Xəzər TV-də ssenarist, redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. “Akademiya” mahnı yarışması realiti şousunun baş redaktoru, Bakı Estrada Teatrının direktoru, yumoristlərin ilk televiziya yarışması olan “Gülüş Ulduzu” layihəsinin (Xəzər TV) layihə rəhbəri və baş redaktoru olub. “M-Grup” prodakşnda (2010-2014), SOY prodakşnda (2015-2017) ssenarist kimi işləyib. ARB televiziyasında baş prodüser və icraçı direktorun müavini vəzifələrində çalışıb (2019-2022). ATV telekanalında icraçı direktorun yaradıcılıq işləri üzrə müavini vəzifəsində (2022-2024), MTV Azərbaycan telekanalında icraçı direktor əvəzi (2024) kimi fəaliyyət göstərib.