Fərid Rzayev
Ssenari müəllifi
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
06 may 1977
Fərid Şənər oğlu Rzayev Bakıda anadan olub.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Memarlıq təhsili alıb (1994-1998).
“Огни Баку” ŞHK komandasında müəllif və aktyor (1998-2003), ANS televiziyasında aparıcı və ssenarist (2003-2007), Space televiziyasında ssenarist (2007-2015), AVTO FM-də kreativ direktor (2016-2017), Xəzər televiziyasında ssenarist və aparıcı (2016-2017) olaraq çalışıb. “Bu şəhərdə” productionda (2004-dən) və “Cheese action” studioda direktor (2007-dən) olaraq çalışır. Hazırda İctimai televiziyanın müəlliflər qrupunun rəhbəridir.
Ssenarist Fərid Rzayev ssenarist Orxan Rzayevin qardaşıdır.