Fərda Amin

Aktyor Ssenari müəllifi Musiqi ifaçısı

Doğum tarixi:

12 avqust 1979


Fərda Amin (Fərda Xudaverdiyev Akif oğlu) Cəbrayılda anadan olub. Əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir.

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Təhsil illərində Universitetin “Şən və Hazırcavablar Klubu”nda çıxış edib. Space TV-də yayımlanan “Tək səbir” komediya verilişinin iştirakçısı - aktyoru, ssenari müəllifi və rejissoru olub. Bir müddət sonra “Tam sərbəst”, “Tam sərbəst solo” adlı televiziya verilişləri (ATV), Müşfiq Şahverdiyev ilə birlikdə “Sərbəst FM” verilişi (2007, ATV), “Elə-belə” (Lider TV), “Vitamin C” (Lider TV), “Sənin üçün” (ATV), “Top kimi şou” (2014, ATV) verilişlərinin aparıcısı və müəllifi olub. Solo StandUp konsertəri ilə (Selfinaz, Tək çənə) çıxış edib. Hazırda Xəzər TV-də yayımlanan “Komedixana”nın iştirakçısıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu