Faiq Mirzəyev
Aktyor
Rejissor assistenti
Doğum tarixi:
26 may 1965
Faiq Mirzəyev (Faiq Mirzə) Qubada anadan olub.
Azərbaycan Dövlət İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində təhsil alıb (1987-1992).
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrında, “İlham” Miniatür Teatrında çalışıb.
1996-cı ildən televiziya sahəsindədir. Qubada fəaliyyət göstərən “Xəyal“ və “Qütb” televiziyalarının təşəkkül tapmasında əmək sərf edib. 2007-ci ildən RTV-nin yaranmasında iştirak edib. Bu televiziyada aparıcı kimi işə başlayaraq yaradıcılıq departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. ARB TV-də “Ömrün fəsilləri” verilişinin layihə rəhbəri, aparıcısı və rejissoru olub.