Əzizağa Əzizov
Aktyor
Doğum tarixi:
20 oktyabr 1960
Əzizağa Ağayar oğlu Əzizov (Əzizağa Əzizbəyli) Hacıqabulda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsində təhsil alıb (1983).
Gəncə Dövlət Dram Teatrında (1985-1986), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1986-1989), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1989-1990) çalışıb.
1995-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur.
Türkiyə istehsalı olan “Zəngin qız, kasıb oğlan” (2013) serialında çəkilib.
Əməkdar artistdir (2015).