Etibar Şirinov
Operator
İkinci operator
Operator assistenti
Doğum tarixi:
19 yanvar 1965
Etibar Cahangir oğlu Şirinov Bakının Lökbatan qəsəbəsində anadan olub.
“Azərbaycanfilm” kinostudiyasında operator köməkçisi kimi işə başlayıb. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Studiyasının bədii rəhbəri işləyib.
Qarabağ muharibəsinin ən qaynar nöqtələrində çəkilişlər aparıb. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılıb.