Əminə Yusifqızı

Filmi səsləndirən Aktrisa

Doğum tarixi:

24 sentyabr 1936


Əminə Yusifqızı Bakıda anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil alıb (1961). Məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında çıxışları ilə yadda qalıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (1958-1964), Azərbaycan Milli Dram Teatrının (1964-1974) aktrisası olub. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyəti mövcuddur. Bədii qiraət ustası kimi tanınır.

Rusiya film istehsalçılarının “Mənim mehriban atam” (1970, rejissor İqor Usov) filmində Fatimə xala rolunda çəkilib.

Əməkdar artist (1982), Xalq artistidir (1998). “Şöhrət” ordeninə layiq görülüb (2016).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Filmi səsləndirən