Emin Əfəndiyev
Doğum tarixi:
18 oktyabr 1987
Emin İbrahim oğlu Əfəndiyev Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb (2005-2009).
Salnamə studiyası, “Azərbaycanfilm”, Butafilm və İctimai televiziya ilə əməkdaşlıq edib.
“Start” Beynəlxalq Tələbə Filməri Festivalının qalibi (2007), Beynəlxalq Audiovizual Festivalın mükafatçısıdır. “0:1” filminə görə Gənclər və İdman Nazirliyi tərəfindən “ilin rejissoru” mükafatı ilə təltif olunub (2008).
Cottbus festivalında “0:1” filmi “Şərqin 5 filmi” kimi xüsusi proqrama salınıb (2011, Almaniya).
“Yuva” filminə görə “ən yaxşı rejissor” mükafatına layiq görülüb (2012 / Bakı).
“Kinoshok” Film Festivalında “MDB ölkələrinin müştərək layihəsi” müsabiqəsində “Qapı” ssenarisi 200 ssenari arasından seçilən 9 finalçıdan biri olub (2014, Anapa / Rusiya).
“Hədiyyə” filmi “Azərbaycan ailəsi 2016” film festivalında “Ən yaxşı bədii film” nominasiyası üzrə qalib olub.
“Tənha insanın monoloqu” filminə görə Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının “Ən yaxşı film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb (2025).

Filmoqrafiya
-
Abşeron abidəsi Rejissor, Ssenari müəllifi, Operator, Montajçı
-
Yuva Rejissor