Elvin Mirzəyev

Rejissor Ssenari müəllifi Aktyor Filmi səsləndirən Montajçı

Doğum tarixi:

18 sentyabr 1974


Elvin Hacı oğlu Mirzəyev Bakıda anadan olub.

Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun Fortepiano şöbəsində (1994), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2000) təhsil alıb.

Bakı Kamera Teatrında aktyor və rejissor (1996-2003), Space TV-də (2003-2004), ANS TV-də (2004-2006), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (2008-2012), İrəvan Azərbaycan Dövlət Teatrında (2016), CBC TV-də (2019-2021) rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzində təsisçi və rejissor (2006-2007) olub.

2021-ci ildən AzTV-nin rejissorudur.

2023-cü ildən Alternativ SƏHNƏ Teatrının baş rejissorudur.

2013-cü ildə "TREM TV Production" şirkətini təsis edib.