Elşən Zeynallı
Doğum tarixi:
19 yanvar 1975
Elşən Zeynallı (Elşən Zeynalov) Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb (1993-1997, Eldar Quliyevin kursu).
“Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti vəzifəsində, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində (1997), ATV İnternational kanalının “Televiziya Filmləri Studiyası”nda (2011-2013), CBC TV-nin “Televiziya Filmləri Studiyası”nda (2013), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor kimi çalışıb.
Şuşa Musiqili Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” (Elçin) pyesinə, “Şuşasız” (Elşən Zeynallı) tamaşasına quruluş verib.
Respublika Gənclər mükafatı laureatıdır.
2021-ci ildən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərs deyir.

Filmoqrafiya
-
Abşeron incisi Rejissor