Elşən Cəbrayılov

Aktyor

Doğum tarixi:

12 iyul 1977


Elşən Şahin oğlu Cəbrayılov Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1994-1998, Cənnət Səlimovanın kursu).

Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qisas qiyamətə qalmaz” tamaşasında Nurlan rolunu ifa edib, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında balet artisti və xor aktyoru işləyib. 1999-cu ildə  Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. 1994-cü ildən dövlət tədbirlərinin və konsertlərin aparıcısıdır. Space televiziyasında “Qızıl zəng” verilişinin aparıcısı olub. Bir müddət Dövlət Filarmoniyasında və Bakı Dövlət Sirkində aparıcı vəzifəsində çalışıb. Əməkdar artistdir (2009).

Aktyor Elşən Cəbrayılov aktyor Şahin Cəbrayılovun oğludur.