Elşad Ərşadoğlu

Rejissor Ssenari müəllifi Redaktor Mahnı mətni müəllifi

Doğum tarixi:

29 iyul 1986


Elşad Ərşadoğlu (Elşad Əliyev Ərşad oğlu / Elşad Elsevər) Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1993-cü ildən ailəsi ilə birlikdə məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (2004-2008, 2009-2011 magistratura). Gənc Ədiblər Məktəbinin məzunu olub.

Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərib (2008-2010). 2012-ci ildən Mədəniyyət nazirliyində çalışır.

1998-ci ildən bədii yaradıcılığa başlayıb. İlk şeiri 2002-ci ildə “İnam yolu” qəzetində çap olunub. Həmin vaxtdan ölkə  iqyaslı qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edir. Şeirləri tərcümə olunaraq İtaliya, Rusiya, Özbəkistan və Türkiyədə çap olunub. “Yarsan mənim ürəyimi...” (2007), “Kələfin ucu” (2010), “Eşqə doğru” (2014) şeir kitabları işıq üzü görüb.

Bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olub, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid kimi klassiklərin yaradıcılığı haqqında yazdığı məqalələri müxtəlif elmi jurnallarda nəşr olunub.

2014-cü ildən eyni zamanda kino yaradıcılığı ilə məşğuldur. “Açar” qısametrajlı filmi müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri olub (2014-2019). 2014-cü ildən AYB-nin İdarə Heyətinin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin təqaüdünə (2011), Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına (2013), “Dövlət qulluğunda fərqlənməyə görə” medalına (2023) layiq görülüb.

Rejissor, ssenarist, şair Elşad Ərşadoğlu prodüser Orxan Əliyevin və maliyyə meneceri Camal Əliyevin qardaşıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Açar (II) Rejissor, Ssenari müəllifi