Elmira Axundova

Ssenari müəllifi Aktrisa Prodüser

Doğum tarixi:

26 may 1953


Elmira Hüseyn qızı Axundova Moskva vilayətinin Ramensk qəsəbəsində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

1977-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir (1977-1980), redaktor, Azərbaycan Yazıçılar İttifaqında referent-məsləhətçi (1980-1988), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçi (1988-1990) vəzifələrində çalışıb. “Литературная газета”nın (1990-1998), “Общая газета”nın xüsusi müxbiri, “Свобода” radiosunun müxbiri (1993-2002) olub. Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010), IV (2010–2015) və V çağırış (2015–2020) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023) olub.

2002-ci ildən Bakı Slavyan Universitetinin dosentidir. Bədii və publisistik kitabların müəllifidir. Filologiya elmləri namizədi (1984), Əməkdar jurnalist, “Şöhrət” ordeni (2003), Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov mükafatlarının laureatıdır. Xalq yazıçısıdır (2018).

Jurnalist Elmira Axundova rejissor Ramiz Axundovun həyat yoldaşı olub.
Jurnalist Elmira Axundova yazıçı Əli Qafarovun və aktrisa, diktor Tamilla Qafarovanın bacısıdır.