Elməddin Alıyev

Rejissor Ssenari müəllifi Prodüser İcraçı prodüser İnzibatçı

Doğum tarixi:

10 iyun 1984


Elməddin Afdandil oğlu Alıyev Laçında anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2001-2005), Rüstəm İbrahimbəyovun “Beynəlxalq Kino Məktəbi”ndə (2007-2010) təhsil alıb.

UNICEF-in təşkil etdiyi “Gənclik və Sülh” qısametrajlı filmlər layihəsində 10 ən yaxşı qısametrajlı bədii filmdən birinin müəllifi olub (2002).

“Gənclər günü” münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif edilib (2008).

Space TV-də və İTV-də rejissor kimi çalışıb.

Rejissor kimi beynəlxalq kinofestivalların iştirakçısı və qalibi olub.

“Exa production”ın həmtəsisçisi, “Karvan production”ın təsisçisidir.

Rejissor, prodüser Elməddin Alıyev qrim rəssamı Adilə Alıyevanın həyat yoldaşıdır.