Elməddin Cəfərov

Aktyor Prodüser Baş prodüser Layihə rəhbəri Ssenari müəllifi Baş redaktor

Doğum tarixi:

01 yanvar 1981


Elməddin Misir oğlu Cəfərov Göyçə mahalının Zod kəndində anadan olub. 1988-ci ildə ailəsi Qərbi Azərbaycandan Gəncəyə köçüb.

Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin Filologiya ixtisasında təhsil alıb.

Məktəb vaxtlarından “KVN”-də iştirak edib. Universitetdə ilk dəfə olaraq “KVN” komandası təşkil edib. 2001-ci ildə gənclər arasında ilin ən yaxşı aktyoru seçilib. Space TV-də yayımlanan “Tək səbir” verilişində 3 il çıxış edib. Sonra “Cüt səbir”, Lider TV-də “Əhsən olsun”, ATV-də “Arı şou”, “Qısaqapanma” verilişlərini açıb.

Hazırda “KoMedia”nın rəhbəridir. Filmlər və seriallar istehsal edir.