Əlisəttar Atakişiyev

Rejissor Operator Rəssam Ssenari müəllifi İkinci operator Geyim rəssamı Dekor rəssamı Quraşdırılmış səhnələrin rəssamı Aktyor

Doğum tarixi:

25 dekabr 1906

Vəfat tarixi:

07 noyabr 1990


Əlisəttar Ələsgər oğlu Atakişiyev Bakıda anadan olub. Səkkiz yaşında valideynlərini itirib, ondan başqa dörd bacısı da qardaşının himayəsində yaşayıb.

Moskva Ali Rəssamlıq Texniki Məktəbinin rəngkarlıq (1927-1931), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Operatorluq fakültəsində təhsil alıb (1931-1936).

Əvvəlcə “Mosfilm” kinostudiyasında quruluşçu rəssam-operator kimi çalışıb (1935-1941), sonra isə Bakı kinostudiyasında (1941-1945) bir neçə bədii filmin quruluşçu operatoru olub. 1945-ci ildə yenidən “Mosfilm”ə qayıdaraq orada operator kimi çalışıb, rəngli filmlər üzrə kinooperator kimi ixtisaslaşıb. 1953-cü ildə “Tallinfilm” kinostudiyasına dəvət alıb, operator kimi Estoniyanın ilk rəngli filmini çəkib (1955, “Axşam düşəndə”, rejissor Aleksandr Mandrıkin). 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasına qayıtdıqdan sonra 1974-cü ilədək rejissor kimi filmlərə quruluş verib. Xeyli vaxt hind filmlərinin dublyaj rejissoru kimi işləyib. “İbrahimin sərgüzəşti” və “Bəxtiyar” adlı nağıl-povestlərin müəllifidir.

Əməkdar incəsənət xadimi (1960) Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat edib, Moskvada Kuntsevo qəbiristanlığında dəfn olunub.