Əli İsa Cabbarov

Rejissor Ssenari müəllifi Prodüser Rejissor assistenti Aktyor İcraçı prodüser Kreativ prodüser Assosiativ prodüser Xətt prodüseri

Doğum tarixi:

20 sentyabr 1974


Əli İsa Xanlar oğlu Cabbarov (Əli İsa Cabarov) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996).

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində rejissor (1994-2006), Buta Film kino şirkətində prodüser olaraq çalışıb.

Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini (2005), Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib. Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının həmtəsisçisidir. Dərviş Prodüser Mərkəzinin direktoru (2005-ci ildən), Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri, “Fokus” analitik kino jurnalının naşiri (2008-ci ildən), “Fokus” Yaradıcı Gənclərin Kino Evi, kinoyazar.az və kinoinfo.az layihələrinin rəhbəridir.

2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.