Elgün Həmidov
Doğum tarixi:
02 yanvar 1983
Elgün Rafik oğlu Həmidov Xaçmaz rayonunun Yergüc kəndində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissor sənəti fakültəsində Estrada rejissoru ixtisası üzrə təhsil alıb (2009-2013, Vidadi Həsənovun kursu).
Azərbaycan Dövlət Yuğ Teatrının “Gənc mütəxəssislərin yetişdirilməsi” kursunda ilk sənət təcrübəsi əldə edib (2010-2011).
“SİMSAR” Plastik Dram Teatrında fəaliyyət göstərib (2011-2014), eyni zamanda Qurban Məsimovun “Klounada janrı” ustad dərslərində (2012-2013) iştirak edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı nəzdində yaradılmış “Az-ART” studiyasında və teatrın bir neçə tamaşasında müqavilə əsasında aktyor kimi fəaliyyət göstərib (2013-2015). 2013-cü ildən Yuğ, 2016-cı ildən “M-Teatr”, 2017-ci ildən “Human” və “ADO” müstəqil teatrlarının, 2018-ci ildən Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur.
“QHT-GYF” bədii qiraət yarışmasında birinci (2012), Azad Azərbaycan televiziyasında bədii qiraət müsabiqəsində ikinci (2014) yerlərə layiq görülüb.
Rejissor kimi bir neçə tamaşaya, həmçinin müəllifi olduğu və aktyor kimi iştirak etdiyi “Qara qutu” tamaşalarına quruluş verib.

Filmoqrafiya
-
Mən burdayam, İlahi! Rollarda