Ələkbər Əliyev (II)

Aktyor

Doğum tarixi:

15 aprel 1957


Ələkbər Həsən oğlu Əliyev Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsində təhsil alıb (1980). Təyinatla Musiqili Komediya Teatrına gəlib. Hazırda Musiqili Teatrın aktyorudur. 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında “Ər və arvad” tamaşasındakı Kəblə Qubad obrazına görə “Ən yaxşı aktyor” nominasiyası üzrə qalib olub (2017, İran). Əməkdar artistdir (2013).

Aktyor Ələkbər Əliyev (II) meyxana ifaçısı Namiq Mənanın qardaşıdır.