Eldəniz Quliyev
Doğum tarixi:
20 aprel 1952
Eldəniz Cümşüd oğlu Quliyev Lənkəranda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1974-1979), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində (1979-1981, A.Tarkovski, V.Yejov, O.İoselianinin yaradıcılıq emalatxanası) təhsil alıb.
“Mosfilm”, M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şuranın, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), “Debüt” studiyasının baş redaktoru (1987-1992), “Azərkinovideo” İstehsalat Birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən “Sülh səfiri” fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən “Ziyalı-İntelligensiya” qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalılar Birliyinin sədridir. Pyesləri tamaşaya qoyulub. Kitabları nəşr olunub.
Ssenarist Eldəniz Quliyev aktrisa Xalidə Quliyevanın həyat yoldaşıdır.
Ssenarist Eldəniz Quliyev rejissor Nəcəf Quliyevin atasıdır.
Filmoqrafiya
-
Afroditanın qolları
1987
qısametrajlı bədii film
Redaktor
-
Abşeronda subtropik bitkilər
1991
sənədli film
Ssenari müəllifi