Elçin Musaoğlu
Doğum tarixi:
11 iyul 1966
Elçin Musaoğlu (Elçin Quliyev Musa oğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda (1989-1990, Mark Zaxarovun kursu) təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasında (1990), Akademstudioda (1992), “Azərbaycantelefilm”də (1994-2004), Ritm Prodakşnda (2005-2008) çalışıb.
Türkiyə istehsalı olan “Türkiyə mənim də vətənimdir” (2018) tammetrajlı sənədli filmini çəkib.
“Sinema Evi” Prodüser Mərkəzinin təsisçisidir.
Hazırda Azərbaycan televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəridir.
Gənclər və İdman Nazirliyinin “ilin ən yaxşı rejissoru” (1999) mükafatı ilə təltif edilib. Əməkdar incəsənət xadimidir (2016).
Filmləri beynəlxalq festivallarda iştirak edərək müxtəlif mükafatlara layiq görülüb.
Filmoqrafiya
-
3 rəng
2010
qısametrajlı bədii film
Bədii rəhbər
-
13-cü gün
2022
sənədli film
Layihə rəhbəri
-
A əməliyyatı
2024
sənədli film
Layihə rəhbəri