Elcan Məmmədov
Rejissor
Ssenari müəllifi
Prodüser
Montajçı
Doğum tarixi:
23 oktyabr 1958
Elcan Altay oğlu Məmmədov Gəncədə anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
İnternyus Azərbaycan və Obyektiv TV Online-da çalışıb.
Sənədli film rejissoru kimi tanınır.
Fransa-İngiltərə istehsalı olan “İnqilabın gündəliyi” (2006) filminin məsləhətçisidir.
“Sənədli filmə doğru” kino məktəbi layihəsinin müəllifidir. Layihə çərçivəsində müxtəlif zamanlarda sənədli film üzrə kursları olur.
Rejissor Elcan Məmmədov yazıçı Altay Məmmədovun oğludur.