Əhməd Rumlu
Doğum tarixi:
12 avqust 1902
Vəfat tarixi:
13 noyabr 1982
Əhməd Rumlu (Əhməd Əhmədov Məhəmmədqulu oğlu / Əhməd Rumınski-Əhmədov) Bakıda anadan olub. Təhsilini mədrəsədə alıb, fars və ərəb dillərini bilib. Gözəl hafizəsi və məlahətli səsi ilə məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olundu və "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazandı. 18 yaşı olanda Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif həcmli rollar ifa etməyə başlayıb.
Poemalar, qəzəllər yazıb. "Humay" poemasını yazıb. "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri səhnəyə qoyulub. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirdi. Şair-qəzəlxanın 5000-dən çox qəzəli mövcuddur. Amma onların çoxu hazırda mövcud deyil. Əhməd Rumlu 1982-ci ildə vəfat edib, Balaxanıda dəfn olunub.
