Dəniz Tacəddin

Aktrisa

Doğum tarixi:

20 fevral 1994


Dəniz Tacəddin Bakıda anadan olub.

Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil alıb (2011-2015).

Audiovizual layihələrdə musiqiçi kimi, tamaşalarda aktrisa kimi rol alıb.

Azərbaycan televiziyasında (2020-2021), İTV-də (2022-2024) aparıcı olaraq çalışıb. 2025-ci ildən Baku TV-nin aparıcısıdır.

Xarici film istehsalçılarının “Şərq, çay içənlər üçün” (2013, rejissor Stas Rubençik / Rusiya) filmində əsas rolda, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində Ninonun rəfiqəsi rolunda, “Mətbəx. Sonuncu döyüş” (2017, rejissor Anton Fedotov / Rusiya) filmində Roza rolunda çəkilib.

Aktrisa Dəniz Tacəddin rejissor Şahirə Tacəddinin qızıdır.
Aktrisa Dəniz Tacəddin aktyor Zaur Şəfiyevin həyat yoldaşıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu