Çingiz Abdullayev

Ssenari müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

07 aprel 1959


Çingiz Akif oğlu Abdullayev Bakıda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb (1976-1981).

Əmək fəaliyyətinə Bakı İstehsalat Birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub (1984-1986). Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb (1988). Hüquq elmləri doktorudur (1991). Polşanın Krakov Universitetinin fəxri professoru (1989), Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990).

H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilib. Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990). Əsərləri on dörd dilə tərcümə edilib dünyada ümumi tirajı 20 milyona yaxın nüsxə ilə nəşr edilib. Amerikanın “The Christian Science Monitor” jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərindən adlandırıb. 2014-cü ildən İnterpolun fəxri səfiridir.

Rusiya film istehsalçılarının çəkdikləri “Dronqo” (2002, rejissor Zinoviy Royzman) və “Lisenziyasız xəfiyyə” (2003, rejissorlar Valeri Uzkov, Vladimir Kransnopolski) seriallarının ssenari müəllifidir.

“Şöhrət” (2009) və “Şərəf” (2019) ordenləri ilə təltif olunub. Xalq yazıçısıdır (2005).