Cabir İmanov

Aktyor Prodüser Baş prodüser Ssenari müəllifi Filmi səsləndirən Rejissor Rəssam Bəstəsindən istifadə olunub

Doğum tarixi:

22 iyun 1976

Vəfat tarixi:

29 sentyabr 2025


Cabir Qorxmaz oğlu İmanov Bakıda anadan olub.

Azərbaycan Dövlət İqtisad İnstitutunda iqtisad (1993-1997), Bakı Dövlət Universitetində hüquq üzrə (1999-2003) təhsil alıb. Daxili İşlər Orqanlarında çalışıb (1999-2018).

“Bakılı oğlanlar” “Parni iz Baku” ŞHK (Şən və hazırcavablar klubu) komandasının üzvü (1992–2001), ŞHK çempionu (1992), ŞHK Yay Kubokunun sahibi (1995) və “Əsrin çempionu” (2000), “Planet Parni iz Baku” KVN Teatrının aktyoru (2001-2025) olub.

DTX Mədəniyyət mərkəzinin rəisi vəzifəsində çalışıb.

Polis polkovnik-leytenantı, “Tərəqqi” medalı laureatı (2021), Əməkdar artist (2015) Cabir İmanov 2025-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn edilib.

Aktyor, prodüser Cabir İmanov aktyor, prodüser, rejissor Tahir İmanovun qardaşıdır.