Bürcəli Əsgərov

Aktyor

Doğum tarixi:

15 fevral 1933

Vəfat tarixi:

01 noyabr 2005


Bürcəli Veysəl oğlu Əsgərov Borçalı bölgəsinin Qasımlı kəndində anadan olub.

Azərbaycan Dovlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1952-1956, Rza Təhmasibin kursu).

Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardımçı heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib. Məzun olduqdan sonra aktyor truppasına işə götürülüb. 2000-ci ildən həmçinin İrəvan Dovlət Azərbaycan Dram Teatrında aktyor işləyib.

Əməkdar artist (1982) Bürcəli Əsgərov 2005-ci ildə vəfat edib.