Bəhram Bağırzadə

Aktyor Rəssam

Doğum tarixi:

04 sentyabr 1972


Bəhram Arif oğlu Bağırzadə (Bəhram Bağırov) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Teatr rejissorluğu ixtisasında təhsil alıb (1989-1994).

1991-ci ildən “Bakılı oğlanlar” ŞHK-nin üzvüdür. Bu komanda ilə çempion (1992, 1993), yay kubokunun qalibi (1995), “Əsrin çempionu” (2000) olub.

1992-ci ildən karikatura çəkir, karikaturaları “Kirpi” satirik jurnalında çap olunub. Respublikada keçirilən sərgilərin iştirakçısıdır, fərdi sərgiləri açılıb. 2004-cü ildən “Qalareya” jurnalının naşiridir.

2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur.

“Qorod” jurnalının naşiridir. Kitabları nəşr olunub.

Xarici film istehsalçılarının “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında taksi sürücüsü İbrahim-Mersedes rolunda, “Bremen musiqiçiləri” (2000, rejissor Aleksandr Abdulov / Rusiya) filmində, “Kilimancara” (2018, rejissor Katerina Teleqina / Rusiya) filmində çəkilib.

Kitab nominasıyasında “Humay” milli mükafatına layiq görülüb (2012).

Əməkdar artistdir (2015).


Filmoqrafiya