Azər Şirin
Doğum tarixi:
30 iyun 1984
Azər Zakir oğlu Şirin (Azər Şirinov) Bakıda anadan olub.
Azərbaycan Texniki Universitetində elektronika təhsili alıb (2001-2005).
Əmək fəaliyyətinə mətbuatdan başlayıb. Daha sonra reklam ssenaristi olub. 50-dən çox mahnının söz müəllifidir. Burc Fm radiosunda “Pozitiv sfera” adlı verilişin aparıcısı olub (2005-2011). İlk dəfə teleaparıcı kimi “Nar Star” musiqi yarışmasında ekranda görünüb. Daha sonra isə Xəzər TV-də “Rekordlar kitabı” verlişində aparıcılıq edib. Azad Azərbaycan Radiosu 106.3 Fm-də “Səhər efiri” və Azad Azərbaycan TV-də “Bizim səhər” proqramlarında aparıcılıq edib. ”TEA FAMILY” (Tərlan Məmmədhüseynov, Elçin Cəfərov, Azər Şirin və Elnur Rdy, Elşən Orucov) ailəsi ilə birgə fəaliyyət göstərib. Hazırda ABŞ-da yaşayır.