Azər Aydəmir

Aktyor Ssenari müəllifi Filmi səsləndirən İkinci rejissor İcraçı prodüser Kreativ prodüser

Doğum tarixi:

24 iyul 1986


Azər Rauf oğlu Aydəmir (Azər Aydəmirov) Bakıda anadan olub. Xəzər Universitetinin Tarixşünaslıq ixtisasında təhsil alıb.

Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub.

“Azərbaycan yolları”, “Zirvə yolu”, “Revanş” qəzetlərində müxbir, “Caspian Energy” jurnalında müxbir və reklam meneceri kimi fəaliyyət göstərib.

Bir sıra avtomobil şirkətlərində PR və marketinq meneceri vəzifəsində çalışıb. “Zirvə motors” (İsuzu) şirkətinin direktoru işləyib (2008).

Restoran və otelcilik fəaliyyəti ilə məşğul olub (2005-2014). “Z CLUB” karaoke klubunun əsasını qoyub.

Tədbir təşkilatçısı kimi fəaliyyət göstərib.

2009-cu ildən etibarən aktyorluq fəaliyyətinə başlayıb. Reklam, klip və qısametrajlı filmlərdə çəkilib, model biznesi ilə məşğuldur.

2019-cu ildən “Azercell”in rəsmi səsidir.

2019-cu ildən İctimai televiziyada aparıcılıq edir, həm də kanalın rəsmi səsidir. “Sabaha saxlamayaq” axşam tok-şousunun (2019–2021) və “Discovery Science” televiziyasının “How the universe is works” lisenziyalı layihəsinin İctimai televiziyada yayımlanan “Kainat necə qurulub” verilişinin Azərbaycan versiyasının (2022-2023) aparıcısı olub.

Hazırda həm də ssenari müəllifliyi ilə məşğuldur.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Pərdə Rollarda, İkinci rejissor
  • Film Bəlkə də... Rollarda