Azad Məmmədov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

12 dekabr 1964


Azad Əşrəf oğlu Məmmədov Şuşada anadan olub.

Şuşa Orta İxtisas Musiqi Məktəbinin Xalq çalğı alətləri şöbəsinin kamança sinfində (1980-1984), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsində (1988-1993) təhsil alıb.

Bir müddət Şuşa Orta İxtisas Musiqi Məktəbində müəllim kimi çalışıb. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrınının aktyoru, 1994-cü ildən həm də direktor müavini kimi fəaliyyət göstərir. Bir neçə tamaşanın musiqi tərtibatçısı olub.

“Qızıl Dərviş” mükafatına (2002) layiq görülüb. Əməkdar artistdir (2013).


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu